Rusiya təhlükəsizlik qüvvələri Moskvada terror aktının qarşısını alıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin mətbuat xidməti məlumat yayıb.
“Moskvada Federal Təhlükəsizlik Xidməti “İslam Dövləti” terror təşkilatının Əfqanıstandakı qanadının – “Vilayəti Xorasan”ın Mərkəzi Asiyadan olan mühacir üzvləri tərəfindən paytaxt vilayətinin polis idarələrindən birinə qarşı terror aktı törətmək planının qarşısını alıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, hücum edənlər Rusiya Daxili İşlər Nazirliyinin Moskvada terror hücumunun hədəfi seçilmiş şöbəsi haqqında məlumat toplayarkən təhlükəsizlik qüvvələrinin diqqətini çəkib:
“Onlar “İslam Dövləti”nə beyət edərək, bir avtomobil alıb və içərisinə propan qazı balonları yerləşdirib, bundan sonra əldəqayırma partlayıcı qurğunun istehsalına başlayıblar. Saxlanılan zaman terrorçular Rusiya FTX əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə cavab atəşi ilə zərərsizləşdiriliblər”.
İstintaq zamanı radikalların yaşayış yerindən odlu silah, döyüş sursatı və PUA-nın komponentləri aşkar edilərək götürülüb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi