“Kanal 24” Yutub kanalının aparıcısı Oleq Belousov “Monoblog about...” adlı müəllif bloqunda Qazaxıstanda AZAL-ın qəzaya uğranan təyyarəsi ilə bağlı vəziyyəti təhlil edib.
AvroMedia.az xəbər verir ki, aparıcı sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu qeyd edir.
“Xüsusən, Rusiya Prezidenti Vladimir Putinin faciəvi olaya qəribə reaksiyası, həmçinin Çeçenistan liderinin qardaşı oğlunun etirafı... Əslində, Putin nəyi gizlətmək istəyir? Təyyarə ilə bağlı nə baş verib? Putin bu cinayəti ört-basdır etmək üçün isterik şəkildə Tokayevdən yardım istəyəcək. Lakin bir nüans var: Xeyli foto və videolar internetdə yayılıb”, - o bildirib.
Daha ətraflı videoda:
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi