Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi duman səbəbindən Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
AvroMedia.az xəbər verir ki, eyni hadisə 2005-ci il dekabr ayının 23-də də baş vermişdi. Belə ki, Bakı-Aktau (Qazaxıstan) reysi ilə uçan AZAL-a məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 18 sərnişin və 5 nəfər ekipaj üzvünün hamısı həlak olub. Həlak olanların 10 nəfəri Azərbaycan, 4 nəfəri Qazaxıstan, 1 nəfəri Böyük Britaniya, 1 nəfəri Avstraliya, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşı olub.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140-100 təyyarəsi dekabrın 23-də yerli vaxtla saat 22.27 dəqiqədə səmaya qalxıb və beş dəqiqədən sonra radarlardan itib. Radarlardan itdikdən iki dəqiqə sonra təyyarə hava limanından 18 kilometr aralıda Nardaran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahillə birləşdiyi yerdə yerə çırpılıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi