Orban bu tarixdə Rusiya ilə bağlı qərar verəcək
Tarix: 20-12-2024, 10:30
Baxılıb: 2 292
Google+ Paylaş
Tumblr Paylaş

Orban bu tarixdə Rusiya ilə bağlı qərar verəcək

20-12-2024, 10:30

Macarıstan Baş naziri Viktor Orban AB liderlərinə bildirib ki, o, yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra qurumun Rusiyaya qarşı sanksiyalarının uzadılması ilə bağlı qərar qəbul etmək niyyətindədir.
AvroMedia.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, AB Rusiyaya qarşı 15 sanksiya paketi təqdim edib və bu paketlər hər altı aydan bir yenilənməlidir:
“Növbəti yenilənmə Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından 11 gün sonra ediləcək. Məhdudiyyətlərin uzadılması üçün 27 AB ölkəsinin yekdil qərarı tələb olunur və Orban buna veto qoya bilər”.
Məlumata görə, dekabrın 19-da AB sammitinin sonunda Orban sanksiyaları uzatmağa hazır olmadığını deyərək həmkarlarını təəccübləndirib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ