Mali, Burkina-Faso və Niger Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOVAS) tərk etmək barədə qərarlarının qəti olmasını bir daha təsdiq ediblər.
AvroMedia.az xəbər verir ki, bu açıqlama Nigeriyanın paytaxtı Abuca şəhərində keçiriləcək ECOVAS Sammitindən iki gün qabaq Niamey şəhərində keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşü zamanı verilib.
Onlar təşkilatdan çıxış mexanizmləri barədə razılığa gəlmək məqsədilə müzakirələri davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Qeyd edilməlidir ki, bu ilin yanvar ayında adıçəkilən üç dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini və ECOVAS-ı tərk edəcəklərini elan ediblər. Onlar ECOVAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab edirlər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi