Hafiz Əsədin cəsədinin olduğu sarkofaq yandırıldı
Tarix: 11-12-2024, 21:35
Baxılıb: 2 947
Google+ Paylaş
Tumblr Paylaş

Hafiz Əsədin cəsədinin olduğu sarkofaq yandırıldı

11-12-2024, 21:35

Naməlum şəxslər Suriyanın keçmiş prezidenti, ölkəyə 1971-2000-ci illərdə rəhbərlik etmiş Hafiz Əsədin məqbərəsinə daxil olaraq onun cəsədinin olduğu sarkofaqı yandırıblar.
Axar.az xəbər verir ki, bu barədə “An-Nahar” qəzeti məlumat yayıb .
Məlumata görə, Latakiyada yerləşən məqbərədə Hafiz Əsədin həyat yoldaşı Anisa Maxlouf və 1994-cü ildə avtomobil qəzasında həlak olan böyük oğlu Basil də dəfn olunub.
Qəzetin yazdığına görə, yanğın törədənlərin üzləri maskalarla gizlədilib.
Qeyd edək ki, ötən gün Hafiz Əsədin Latakiyadakı məzarının dağıdıldığını əks etdirən görüntülər yayılmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ