Suriyada hakimiyyətə gələn müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini açıqlayıb.
AvroMedia.az xəbər verir ki, bununla bağlı Hərbi Əməliyyatlar İdarəsinin teleqram kanalı bəyanat yayıb.
“Hörmətli Dəməşq şəhərinin və eyniadlı vilayətin sakinləri, nəzərinizə çatdırırıq ki, hərbi əməliyyatlar idarəsi şəhərdə komendant saatını ləğv edib”, – məlumatda bildirilib.
“Vətəndaşlarımızı işlərinə və qurumlarına qayıtmağa, yeni Suriyanın qurulmasında bizə qoşulmağa çağırırıq”, – İdarənin bəyanatında deyilir.
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər. Daha sonra şəhərdə komendant saatı tətbiq olunub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi