Hazırda Azərbaycanın üç xarici ölkədə - Liviya və Suriyada səfirlikləri, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyət göstərmir.
AvroMedia.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2001-ci ildə "Diplomatik xidmət haqqında" qanun qəbul ediləndə Azərbaycanın təxminən 40-a yaxın diplomatik missiyası var idi:
“Bu gün isə 71 səfirlik, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyət göstərir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi