İranın “Mahan” Hava Yolları Şirkətinə məxsus təyyarələr SEPAH-ın Suriyanın Əl-Laziqiyyə şəhərindən SEPAH-ın bu ölkədəki son qüvvələrini də İrana geri qaytarıb.
AvroMedia.az xəbər verir ki, bu barədə xarici media “Mahan” Hava Yolları Şirkətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, dekabrın 8-də şirkətin bir neçə təyyarəsi Əl-Laziqiyyəyə və əks istiqamətə dəfələrlə uçuşlar edib.
Bununla yanaşı EP-MJF A340-300 qeydiyyat nömrəli daha bir təyyarənin Əl-Laziqiyyəyə yola düşdüyü, ancaq enişinə icazə verilmədiyi üçün Tehranın İmam Xomeyni hava limanına geri qayıtdığı bildirilib.
Qeyd edək ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirib və Bəşər Əsəd rejimi devrilib. Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya sığınıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi