Rusiya Bəşər Əsədin olduğu İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı dezinformasiyanı onu və onunla əlaqəli məhdud dairəni xilas etmək əməliyyatını uğurla başa vurmaq üçün istifadə edib.
AvroMedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.
Qeyd olunur ki, Suriyadakı Rusiya kontingenti ilə bağlı vəziyyət ağırdır, çünki rus qrupunun qalıqları dəniz və səma nəqliyyatı vasitələrilə qaçmağa davam edir:
"İlk qaçanlar Rusiya ordusunun "böyükləri" oldu. Xüsusilə, general Sergey Kiselin ardınca Suriyadakı Rusiya qoşunları qrupunun yeni təyin olunmuş komandanı general Aleksandr Çayko Yaxın Şərq ölkəsinin ərazisini tərk edib. O, bir həftə komandanlıq edib. Silahlarının, texnikasının və şəxsi heyətinin qalıqlarını çıxarmaq üçün ruslar əlavə gəmiləri, xüsusən də Baltik donanmasını cəlb edir".
Qeyd edək ki, Bəşər Əsədin olduğu İl-76 yük təyyarəsinin radarlardan itməsi səbəbindən qəzaya uğradığı və Əsədin öldüyü ehtimalı yayılmışdı.
Daha sonra onun ailə üzvləri ilə birgə Moskvaya sığındığı açıqlandı.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi