Gürcüstanı nə vaxt AB-yə üzv etdilər ki, indiki hökumət də buna razı olmadı?!
AvroMedia.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli Gürcüstan hakimiyyətinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması və buna etiraz olaraq bir neçə gündür Tiflisdə davam edən aksiyalar haqda qeyd edib.
O bildirib ki, nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycan ayrı-ayrılıqda, təkbaşına heç vaxt AB üzvü olmayacaq:
“Avropa Birliyi ilə quru sərhədi olmayan ölkə AB-yə üzv ola bilməz, bu, texniki, iqtisadi olaraq mümkün deyil - çünki AB ümumi bazar, maliyyə, gömrük siyasəti deməkdir. Bu məsələlər quru sərhəd olmazsa-olmazdır, Ukrayna və Moldova üçün mümkündür, Cənubi Qafqaz ölkələri üçünsə yox.
Cənubi Qafqaz ölkələrinin bir-birindən başqa həm də Türkiyə ilə quru sərhədi var, qardaş ölkəmiz isə AB ilə sərhəddir. Deməli, ilk Türkiyə AB-yə üzv olmalıdır ki, Cənubi Qafqaz da üzv ola bilsin.
Yəni Türkiyəsiz mümkün deyil, başqa yol yoxdur, bu haqda danışanlar xalqı, cəmiyyəti, sadəcə, aldadırlar - o cümlədən, Gürcüstan müxalifəti və Ermənistan iqtidarı...”

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi