Avroviziya-2025-də iştirakdan imtina etdilər
Tarix: 4-12-2024, 21:12
Baxılıb: 2 264
Google+ Paylaş
Tumblr Paylaş

Avroviziya-2025-də iştirakdan imtina etdilər

4-12-2024, 21:12

Monteneqronun Avroviziya-2025-dəki təmsilçiləri “NeonoeN” qrupu “Clickbait” mahnısı ilə qalmaqal fonunda müsabiqədə iştirakdan imtina edib.
AvroMedia.az xəbər verir ki, buna səbəb qrupun müsabiqə qaydalarını pozmasıdır.
Belə ki, komandanın milli seçimdə qələbəsindən sonra “NeonoeN”in müsabiqədə iştirakının qanuniliyi ilə bağlı sosial şəbəkələrdə tənqid və mübahisə dalğası yaranıb.
Bildirilib ki, onların treki daha əvvəl fərqli aranjimanda - 2023-cü ilin iyununda “Montesong” festivalında dinlənilib.
Avroviziya qaydalarına əsasən, mahnı milli seçimdə təqdim olunana qədər 2024-cü il sentyabrın 1-dək bəstə və ya onun fraqmenti açıq şəkildə ifa edilə, sosial şəbəkələrdə yayımlana bilməz. Qrup əvvəlcə qaydaları pozduqları ilə razılaşmayıb, lakin bir həftə sonra namizədliyini geri götürmək qərarına gəlib.
Qeyd edək ki, Avroviziya mahnı müsabiqəsi gələn il İsveçrədə keçiriləcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ