Gürcüstanın paytaxtı Tiflisdə hökumət əleyhinə etiraz aksiyası yenidən başlayıb.
AvroMedia.az xəbər verir ki, nümayişçilər parlament binası yaxınlığında toplaşıblar.
Ölkənin təhlükəsizlik qüvvələri aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edir. Aksiyaçılar parlament binasından uzaqlaşsa da, Rustavelli prospektində etirazı davam etdirirlər.
Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin 28 noyabrda AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra Tiflisdə genişmiqyaslı aksiyalar keçirilir.
Təhlükəsizlik qüvvələri aksiyaçıları üç tərəfdən mühasirəyə alıblar.
Bu barədə gürcü mətbuatı məlumat yayıb
Bildirilir ki, polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası