Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına - TÜRKSOY-a üzv dövlətlərin Aşqabadda keçirilən 41-ci toplantısında Aktau 2025-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilib.
AvroMedia.az xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Türkiyədən mədəniyyət sahəsinin nümayəndələri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşdə əsas diqqət türk mədəniyyətinin inkişafına və türk dövlətləri arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəldilib. İştirakçılar türkdilli xalqların mədəni irsinin qorunub saxlanılması və populyarlaşdırılması istiqamətində birgə səylərin gücləndirilməsini müzakirə edərək qərarlar qəbul ediblər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi