Trampın gəlişi Ukraynada nəyi dəyişəcək?
Tarix: 14-11-2024, 08:16
Baxılıb: 4 373
Google+ Paylaş
Tumblr Paylaş

Trampın gəlişi Ukraynada nəyi dəyişəcək?

14-11-2024, 08:16

Donald Trampın prezident seçkilərində qələbəsi ABŞ-ın Ukrayna böhranına münasibətini dəyişməyəcək.
AvroMedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov vurğulayıb ki, Vaşinqton hər şeyi öz nəzarətində saxlamaq niyyətindədir:
"Vaşinqtonun Ukrayna münaqişəsinə, hətta Avropa məsələsinə fundamental münasibəti o mənada dəyişməyəcək ki, həmişə NATO məkanında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq. Avropa Birliyi isə indi hərbi-siyasi baxımdan NATO ilə eynidir. Bu, necə olacaq, onlar yeni şəraitdə öz nəzarət funksiyalarının həyata keçirilməsini necə təsəvvür edirlər – bu, müxtəlif üsullarla mümkündür. Mən ehtimal irəli sürmək istəmirəm. Lakin şübhə etmirəm ki, onlar bu prosesləri öz nəzarətlərində saxlamaq istəyəcəklər".скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ