Rusiya daxilində sərnişin daşımalarının 26 faizini həyata keçirən 30 kiçik və orta yerli aviaşirkət 2025-ci ildə müflis ola bilər.
AvroMedia.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
“Maliyyə vəziyyətinin kəskin pisləşməsi və operator sertifikatlarının ləğvi xarici təyyarələrin lizinqinə görə yığılmış borcların ödənilməsini çətinləşdirir. 2022-ci ildə sanksiyaların tətbiqindən sonra onların bir çoxu lizinq ödənişlərini dayandırıb. 2025-ci ildə hökumət onlara olan borcların silinməsinə icazə versə də, bu məbləğlərdən 25% gəlir vergisi tutulacaq. Bu maliyyə gərginliyi onları müflis olmağa məcbur edə bilər”, - məlumatda qeyd olunub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi