Müxtəlif fəaliyyət sahələrinin nümayəndələri arasında bütün zamanların ən məşhur şəxsi seçilib.
AvroMedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "ListChallenges" portalında dərc olunan reytinqdə məşhur müğənnilər, aktyorlar, aparıcılar və hətta siyasətçilər də yer alıb.
Reytinqin birinci pilləsində 2009-cu ilin iyununda vəfat edən amerikalı müğənni Maykl Cekson qərarlaşıb. Onun mahnıları musiqi sənayesini sözün əsl mənasında dəyişdirən hit olub. Sənətçi ölümündən sonra unudulmayıb, əksinə, onun izləri daha da populyarlaşıb və bir çox başqa sənətçilər bu məşhurun üslubunu təkrarlamağa çalışırlar. Cekson saytda rekord sayda - 2925 səs toplayıb.
İkinci yerdə eyni dərəcədə tanınmış sima - Böyük Britaniyanın keçmiş kraliçası II Elizabet qərarlaşıb. Ondan cəmi 20 səs az toplayan müğənni Elvis Presli üçüncü olub.
Maraqlıdır ki, bu məşhurların hamısı artıq həyatda olmasalar da, əldə etdikləri nailiyyətlərə görə hələ də xatırlanır və şərəfləndirilirlər.
Yeri gəlmişkən, istifadəçilərə 200 namizəd arasından dünyanın ən məşhur şəxsini seçmək təklif olunub. Reytinqdə Madonna, Pol Makkartni, Lionel Messi, Conni Depp, Uill Smit, Elton Con, Ledi Qaqa, Ancelina Coli, Van Qoq, Selin Dion, Beyons, Kriştiano Ronaldo, Barak Obama və başqaları da var.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi