ABŞ-də prezident seçkisində qalib gəldiyini elan edən Donald Tramp qisas almaq istədiyi insanların siyahısını hazırlayıb.
AvroMedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazı dərc edib.
Məlumata görə, bu siyahıda yer alanlar, əsasən əvvəllər respublikaçı namizədin əleyhinə qəzəbli ifadələr səsləndirən şəxslərdir.
Siyahıya Co Bayden və oğlu Hanter Bayden, həmçinin seçkidəki rəqibi Kamala Harris də daxildir.
Siyahıda ABŞ-nin keçmiş prezidenti Barak Obama, sabiq dövlət katibi Hillari Klinton, ABŞ Nümayəndələr Palatasının eks-spikeri Nensi Pelosi, Nyu-York baş prokuroru Letisiya Ceyms, META-nın sahibi Mark Zukerberq, Trampın keçmiş vəkili Maykl Koen və başqaları da var.
Bundan əlavə, nəşr özünün də “qara siyahı”ya daxil olduğunu qeyd edib. Bildirilib ki, Tramp dəfələrlə “Politico” jurnalistlərinin sərt cəzalandırılmasını istəyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi