Xamneyi İsraillə bağlı əmr verdi
Tarix: 1-11-2024, 19:13
Baxılıb: 2 299
Google+ Paylaş
Tumblr Paylaş

Xamneyi İsraillə bağlı əmr verdi

1-11-2024, 19:13

İranın ali lideri Ali Xamneyi ölkənin Milli Təhlükəsizlik Şurasına İsrailə cavab zərbəsi planı hazırlamağı əmr edib.
AvroMedia.az xəbər verir ki, bu barədə “New York Times” hərbi planlaşdırma ilə tanış olan adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb.
Rəsmilər bildiriblər ki, Xamneyi İsrailin hücumunun Tehran ətrafındakı raket fabriklərinə və hava hücumundan müdafiə sistemlərinə, kritik enerji infrastrukturuna və ölkənin cənubundakı əsas limanına vurduğu zərərin həcminə dair hesabatı nəzərdən keçirdikdən sonra qərar verib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ