Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə mediasının nümayəndələrini ölkəsinə dəvət edəcək.
AvroMedia.az xəbər verir ki, bunu Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinin parlamentin maliyyə və kredit məsələləri üzrə komissiyasında müzakirəsi zamanı baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.
O bildirib ki, türkiyəli jurnalistləri İrəvana dəvət etməkdə məqsəd Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsünün işıqlandırılmasına nail olmaqdır.
Arutyunyan əlavə edib ki, yaxın vaxtlarda iranlı ekspertlərin də Ermənistana 4 günlük səfəri planlaşdırılır.
Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi