Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq.
AvroMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 Oktyabr - Türkiyənin Cümhuriyyət Günü ilə bağlı X hesabındakı paylaşımında yazılıb.
"29 Oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik",- paylaşımda bildirilib.
Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib: "Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq"

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi