Milli Məclisin üzvləri Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər.
AvroMedia.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Tbilisi şəhərinə səfər edəcəklər.
Milli Məclisin deputatları Gürcüstan parlamentinə seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaq, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Deputatların səfəri oktyabrın 27-də başa çatacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi