“Tarzan” serialında eyniadlı rolu canlandıran amerikalı aktyor Ron Eli 87 yaşında vəfat edib.
AvroMedia.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölümünü qızı Kristen açıqlayıb.
Onun sözlərinə görə, atası sentyabrın 29-da öz evində, ailəsinin əhatəsində ölüb.
Qeyd edək ki, Ron Eli 1938-ci ildə Texasda anadan olub. O, 40-dan çox film və serialda rol alıb. Aktyor ona məşhurluq qazandıran “Tarzan” serialında bütün fəndləri özü yerinə yetirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi