Belarusda prezident seçkilərinin tarixi açıqlandı
Tarix: 23-10-2024, 13:43
Baxılıb: 2 472
Google+ Paylaş
Tumblr Paylaş

Belarusda prezident seçkilərinin tarixi açıqlandı

23-10-2024, 13:43

Belarusda Nümayəndələr Palatası (parlamentin aşağı palatası) ölkədə keçiriləcək prezident seçkilərinin tarixini açıqlayıb.
AvroMedia.az “Belta”ya istinadən xəbər verir ki, seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.
Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenkonun sözlərinə görə, komissiya artıq seçki kampaniyasının başladılmasına hazırdır.
Qeyd edək ki, Belarusda dövlət başçısı 5 il müddətinə seçilir. Respublikada sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Bu zaman hazırkı Prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib. Onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 10 faiz səs toplayıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ