Ukrayna nüvə silahı yaratmağa çalışır? - Rəsmi
Tarix: 18-10-2024, 09:32
Baxılıb: 3 384
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna nüvə silahı yaratmağa çalışır? - Rəsmi

18-10-2024, 09:32

Ukrayna kütləvi qırğın silahları hazırlamaq planları ilə bağlı adı açıqlanmayan mənbələrdən gələn eyhamları rəsmən təkzib edib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi deyib.
O qeyd edib ki, Ukrayna 1994-cü ildə qoşulduğu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin sadiq iştirakçısı olub və olaraq qalır:
"Tarixdə beynəlxalq sülhə, təhlükəsizliyə və nüvə silahının yayılmamasına ən böyük töhfə verən Ukrayna bu gün terrorçu Rusiya dövlətinin nüvə şantajı ilə üz-üzədir. Moskva təkcə kütləvi qırğın silahları mövzusunda məsuliyyətsiz və təhlükəli ritorikaya əl atmır, həm də Zaporojye AES-in qanunsuz işğalını davam etdirərək, Ukraynadakı nüvə obyektlərinə qəbuledilməz təhdidlər yaradır".скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ