Böyük Britaniya, Kanada, Ukrayna və İsveç 2020-ci ilin yanvarında Tehran (İran) səmasında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsində İrana qarşı iddia qaldırıb.
AvroMedia.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard məlumat verib.
“Biz beynəlxalq hüquq çərçivəsində təyyarənin vurulmasına görə İranın məsuliyyət daşımasını və həlak olanların yaxınlarına təzminat ödənilməsini tələb edirik” , – o bildirib.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 Tehran-Kiyev reysi ilə uçan “Boeing 737-800” təyyarəsi 2020-ci il yanvarın 8-də İran paytaxtının hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olublar. Həmin il yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan “Boeing”i səhvən vurduqlarını və təyyarəni düşmən hədəfi kimi qəbul etdiklərini bildirdilər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi