Avstraliya bölgədəki qeyri-sabit təhlükəsizlik səbəbindən vətəndaşlarına İsrail və Livana səyahət etməmələri barədə xəbərdarlıq edib.
AvroMedia.az xəbər verir ki, bu haqda Avstraliya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada İsrail və Livandakı bütün Avstraliya vətəndaşlarına kommersiya uçuşları davam edərkən dərhal bu iki ölkəni tərk etməyə çağırılıb.
Ölkənin xarici işlər naziri Penny Vonq “X” sosial şəbəkə hesabında etdiyi şərhdə, hökumətin İsraildə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşə biləcəyindən narahat olduğunu qeyd edib.
O bildirib ki, vətəndaşlar fövqəladə hallarda səfirliklər və konsulluqlarla əlaqə saxlamalı və səlahiyyətlilərlə koordinasiya etməlidirlər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi