İsrailin Müdafiə Ordusu Beyrutun cənub ətrafındakı Burc-əl-Barajne bölgəsindəki bəzi evlərin sakinlərini ərazidə Hizbullah hərəkatının obyektlərinin yerləşdiyi üçün dərhal tərk etməyə çağırıb.
AvroMedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avihay Adri sosial şəbəkədəki səhifəsində yazıb.
"Cənubda şəhərətrafı sakinlər, xüsusən də Burj-əl Barajne rayonundakı xəritədə göstərilən binada olanlar üçün təcili xəbərdarlıq. Siz "Hizbullah"ın obyektlərinə yaxınsınız. Özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün dərhal bu binadan, ona bitişik evlərdən evakuasiya etməli və onlardan ən azı 500 metr məsafədə olmalısınız", - paylaşımda deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu