Rusiya Bakı və İrəvanı qarşı tərəfin bir-birinin ərazi bütövlüyünə hörmətsizlik və mübahisələrin həlli üçün güclü ssenariyə təhlükə kimi qəbul edə biləcəyi ritorikadan çəkinməyə çağırır.
AvroMedia.az xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Qaçqınlar və müvəqqəti köçkünlər mövzusu hər iki tərəf üçün aktualdır. Bunu nəzərə alaraq, biz Bakı və İrəvan üçün bütün humanitar məsələlər, o cümlədən mədəni, tarixi, mədəni abidələrin qorunması, dini irs, qəbiristanlıqlara təhlükəsiz və sərbəst girişin təmin edilməsi, itkin düşənlərin axtarışı ilə bağlı dialoqu aktivləşdirməyi faydalı hesab edirik”, – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, əgər bu məsələlərin həlli üçün Moskvanın cəlb edilməsinə ehtiyac varsa, o zaman Rusiya tərəfi buna hazırdır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi