Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
AvroMedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin bununla bağlı Fərman imzalayıb.
Bildirilib ki, Polad Bülbüloğlu Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə sözügedən ordenlə təltif edilib.
Xatırladaq ki, Polad Bülbüloğlu VII Çağırış Milli Məclisin deputatı seçilib. O, ötən həftə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi