Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunmasının 94-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxış edib.
O bildirib ki, hazırda müxtəlif sahələrdə mühüm inkişaf var: “Biz Səudiyyə-Azərbaycan hökumətlərarası Müştərək Komissiyası və Birgə İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsi həcminin artırılması üzərində çalışırıq. İki ölkə qısa zamanda ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq bir çox ortaq imkanlara malikdir”.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi