Böyük Britaniya və ABŞ yaxın həftələrdə Ukraynaya Qərbin “Storm Shadow” raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə vermək barədə gizli qərar qəbul etməyi planlaşdırırlar.
Bu barədə “The Times” qəzeti Qərb diplomatlara istinadən yazır.
Qeyd olunub ki, müttəfiqlər bunu ilk zərbələr həyata keçirilənədək gizli saxlamağa çalışacaqlar.
KİV-in məlumatına görə, yekun qərar gələn həftə BMT Baş Assambleyasının 79-cu iclasında verilə bilər.
Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olsa da, ABŞ icazə verməyib. Qərb liderlərinin bu məsələ ilə bağlı müzakirələrini şərh edən Rusiya Prezident Vladimir Putin bildirmişdi ki, Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə icazə verilməsi ABŞ və digər NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirakı deməkdir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi