ABŞ-nin hazırkı lideri Co Bayden bazar ertəsi ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla telefon danışığında mümkün sui-qəsd cəhdində xəsarət almadığı üçün sevincini ifadə edib.
AvroMedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Emili Simons “X” hesabında bildirib.
“Prezident Bayden keçmiş prezident Trampla danışdı və onun təhlükəsiz olduğuna dair rahatlığını bildirdi. Onların arasında səmimi söhbət oldu və keçmiş prezident zəngə görə minnətdarlığını bildirdi”, - o yazıb.
Qeyd edək ki, Bayden daha əvvəl jurnalistlərə Trampa zəng etdiyini, lakin onunla əlaqə saxlaya bilmədiyini bildirmişdi.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi