50 ildir unudulan əsərləri...
Tarix: 31-08-2024, 08:00
Baxılıb: 2 381
Google+ Paylaş
Tumblr Paylaş

50 ildir unudulan əsərləri...

31-08-2024, 08:00

Məşhur sürrealist rəssam Salvador Dalinin illərdir unudulan yeni əsərləri üzə çıxıb.
50 ildir gizlədilən əsərlər Londondakı bir qarajda tapılıb.
“Hansons Richmond” hərrac evinin direktor müavini Kris Kirkam sözügedən əsərləri necə kəşf etdiyini danışıb.
“Məni bir müştərinin evində bəzi antik əşyaları qiymətləndirməyə dəvət etdilər. Səfər zamanı satıcı məni öz qarajına apardı və sürrealist litoqraflardan ibarət 15 xəzinə üzə çıxdı. Sahibləri təqaüdə çıxmaq və xaricə köçmək istəyir, ona görə də indi bu əsərlər nəhayət hərracda gün işığını görəcək”, - o deyib.
Bundan əlavə, kolleksiyalar arasında fransız rəssam Teo Tobiasseyə məxsus beş əsər də olub.
Dalinin litoqraflarının hər birinin qiyməti 300-500, Tobiasseyə məxsus olanların hər birinin qiyməti 100-300 funt sterlinq olduğunu deyilir.
1970-ci illərdə bir sənət qalereyasının bağlanış satışında cəmi 500 funta alındığı bildirilən əsərlər sentyabrın 30-da hərraca çıxarılacaq.
Qeyd edək ki, Dalinin əsərləri tez-tez heyrətamiz məbləğlərə satılır. Onun ən bahalı əsəri olan “Portret de Paul Elyuard” 2011-ci ildə təxminən 17,8 milyon dollara satılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ