“Ermənistanda Konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır”.
AvroMedia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib.
Onun sözlərinə görə, ilk olaraq hazırkı Konstitusiyaya dəyişiklik edilməsi və yaxud yeni əsas qanunun qəbul edilməsi ilə bağlı müzakirələr olub və son nəticədə ikinci varianta qərar verilib: “Biz müzakirə etdik və konsensusa nail olduq – bizə Konstitusiya dəyişiklikləri deyil, yeni Konstitusiya lazımdır”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamalarında ölkəsinə yeni Konstitusiya lazım olduğunu vurğulayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi