Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Yerli ictimaiyyət Kiyev, Xarkov, Krivoy Roq, Dnepr, Kremençuq və digər şəhərlərdə çoxsaylı partlayışların baş verdiyini bildirib.
Poltava vilayətinin qubernatoru artıq atışma nəticəsində sənaye obyektinin zədələndiyini qeyd edilib. Xmelnitski rayonunda da infrastruktur obyektinə ziyan dəyib.
Ukrayna hakimiyyəti ölkə ərazisi üzərində onlarla raket və pilotsuz uçan aparatının olduğunu bildirib.
Bunun Rusiya Silahlı Qüvvələrinin son vaxtlar Ukrayna ərazisinə etdiyi ən kütləvi hücumlardan biri olduğu diqqətə çatdırılıb.
Rusiya Müdafiə Nazirliyindən hələlik rəsmi şərh verməyib.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu