Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə Rusiya ilə əlaqəli dini təşkilatların fəaliyyətini qadağan edən qanunu imzalayıb.
AvroMedia.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında, eləcə də rəsmi parlament nəşri “Qolos Ukrainı”da yerləşdirilib.
Bildirilir ki, qanun Ukraynada rus pravoslav kilsəsinin və Rusiya ilə əlaqəli dini təşkilatların fəaliyyətini qadağan edir.
Qanun nəşr edildiyi tarixdən bir gün sonra qüvvəyə minir.
Qeyd edək ki, Ali Rada avqustun 20-də Ukraynada Rusiya ilə əlaqəsi olan dini təşkilatların fəaliyyətinin qadağan edilməsi barədə qanun layihəsini qəbul edib.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu