Bazar ertəsi, avqustun 19-da Rusiya Dövlət Dumasının LDPR-dən olan bir qrup deputatı miqrant işçilərin ailələrini Rusiyaya daşımasını qadağan edən qanun layihəsini parlamentin aşağı palatasına təqdim edəcək.
AvroMedia.az xəbər verir ki,sənədin izahat qeydinə əsasən, əmək müqaviləsi ilə işləmək üçün Rusiya Federasiyasında müvəqqəti olan əməkçi miqrantın ailə üzvləri kimi ölkəyə gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisinə girişinin qadağan edilməsi təklif edilir.
Sənəd müəlliflərinin bildirdiyinə görə, təşəbbüs Rusiyada yalnız əmək müqaviləsi və ya patent əsasında yaşayan, Rusiya vətəndaşlığı kimi ölkədə yaşamaq üçün digər qanuni əsasları olmayan aşağı ixtisaslı mütəxəssislərə şamil ediləcək.
Yüksək ixtisaslı əcnəbi işçilərin ailə üzvləri üçün istisnalar ediləcək./Publika.az

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...