Ukrayna əsgərləri Kursk vilayətində keçirdiyi əməliyyat zamanı 2000-ə yaxın rus əsgərini əsir götürüb.
AvroMedia.az xəbər verir ki, bu barədə “The Independent”ə adı açıqlanmayan ukraynalı polkovnik deyib.
Qeyd olunub ki, Ukrayna hərbçiləri rusiyalı əsgərləri mülki şəxslərlə dəyişməyi planlaşdırır.
“Bu, dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir”, - məlumatda bildirilib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini bildirmişdi.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb