Yutubun keçmiş baş direktoru Suzan Vocitski iki ildir müalicə olunduğu ağciyər xərçəngindən 56 yaşında vəfat edib.
AvroMedia.az xəbər verir ki, bu barədə Quql şirkətinin icraçı direktoru Sundar Pinçai “X” hesabında məlumat verib.
“Əziz dostum Suzan Vocitskinin itkisindən hədsiz dərəcədə kədərləndim. O, Quql şirkətinin tarixində də vacib şəxs idi. Onsuz dünyanı təsəvvür etmək çətindir. O, dünyaya böyük təsir göstərən inanılmaz insan, lider və dost idi...”, - deyə o yazıb.
Qeyd edək ki, S.Vocitski 2014-2023-cü illərdə yutubun baş direktoru vəzifəsində çalışıb. O, sağlamlığı ilə əlaqədar ötən il rəhbərlikdən gedib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb