Çinin ən zəngin adamının adı açıqlanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”in (BBI) məlumatında deyilir.
Bildirilib ki, Çin bazarı “Pinduoduo” və onun törəmə şirkəti “Temu”nun yaradıcısı Kolin Huan ölkəsinin ən varlı adamıdır.
Milyarderin sərvəti avqustun 9-na 48,6 milyard ABŞ dolları olaraq qiymətləndirilib.
Bununla da, 44 yaşlı Kolin dünyanın ən zəngin adamları siyahısında 25-ci yerdə qərarlaşıb.
Məlumata görə, buna qədər üç ildən artıq müddətdə Çinin ən varlı adamı Çjon Şanşan idi.
Sahibkar “Nongfu Spring” qablaşdırılmış sularının satışından sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb