Rusiya Prezidenti Vladimir Putin narkotiklərin mediada və internetdə təbliğinin qadağan edilməsi, habelə ədəbiyyat və kinoda adının hallanması şərtləri haqqında Qanunu imzalayıb.
AvroMedia.az TASS-a istinadən xəbər verir ki, sənədlə narkotik vasitələrin hazırlanması, istehsalı və istifadəsi, habelə alınması üsulları, metodları barədə məlumatların yayılması qadağandır.
Eyni zamanda, qanunda vurğulanır ki, bu cür məlumatlar bədii fikrin bir hissəsini təşkil edirsə, bu normalar ədəbiyyat və sənət əsərlərinə tətbiq edilməyəcək. Bundan başqa, narkotik istifadəsi, onun cəlbediciliyi və ya zəruriliyi, istifadəsinin hər hansı bir üstünlüyü barədə məlumat olmamalıdır.
Təbliğat norması narkotik vasitələrin tibbi məqsədlər üçün istifadəsi barədə məlumatları ehtiva edən ixtisaslaşdırılmış tibbi və əczaçılıq nəşrlərinə şamil edilməyəcək. Eyni zamanda, dərmanlar haqqında məlumatlar yalnız elmi və təhsil fəaliyyətinin həyata keçirilməsi üçün lazım olan məqsəd və həcmdə olmalıdır.
Qanun 1 sentyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi