SSRİ Xalq artisti Alla Puqaçova bu ilin sonunadək Rusiyada böyük konsert proqramı ilə çıxış etmək istəyir.
AvroMedia.az “Mash” teleqram kanalına istinadən xəbər verir ki, sənətkar avqustun sonlarında uşaqları ilə birlikdə ölkəyə gələcək və bununla bağlı danışıqlar aparacaq.
Həmçinin şoumen həyat yoldaşı Maksim Qalkinin “xarici agent” statusu ilə bağlı məsələni həll etməyə çalışacaq.
Xatırladaq ki, M.Qalkin xarici agentlərin reyestrinə 2022-ci ilin sentyabrında daxil edilib. Buna səbəb yumoristin sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. O, həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçova və övladları ilə birlikdə İsrailə, daha sonra Kiprə köçüb. A. Puqaçova ötən ilin dekabrında bir müddətlik Rusiyaya gəlmişdi.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi