“Co Baydenin prezident seçkilərində yarışdan geri çəkilməsi çətin, lakin güclü qərardır”.
AvroMedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Baydenin seçkidən geri çəkilməsinə münasibət bildirərkən deyib.
“Biz bu çətin, lakin güclü qərara hörmətlə yanaşırıq. Prezident Baydenə liderliyinə görə hər zaman minnətdar olacağıq”, - deyə Zelenski qeyd edib.
O, həmçinin ABŞ-nin növbəti rəhbərliyinin Ukraynaya Rusiya ilə münaqişədə dəstəyi davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 21-də seçki yarışını tərk etdiyini açıqlayıb. O, prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi