Qırğızıstanın paytaxtı Pervomayski Rayon Məhkəməsi Bişkekin mərkəzində mitinqlərin keçirilməsinə qoyulmuş qadağanı sentyabrın 30-dək uzadıb.
AvroMedia.az xəbər verir ki, bu barədə TASS respublika Ali Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin qərarı ilə Bişkek şəhər meriyasının Pervomayski inzibati dairəsi üzrə bələdiyyə administrasiyasının dinc toplantıların keçirilməsi üçün yerin məhdudlaşdırılması ilə bağlı müraciəti təmin edilib”, – deyə məhkəmədən bildirilib.
Xüsusilə, prezident administrasiyasının, Ali Məhkəmənin, Rusiya səfirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Dövlət Komitəsinin binalarının yaxınlığında kütləvi aksiyaların keçirilməsi qadağandır. Bununla belə, Qırğızıstan paytaxtının mərkəzi meydanı – Ala-Tooda keçirilən “dövlət və bələdiyyə rəsmi tədbirləri” və bu il sentyabrın 30-dək vətəndaşlara Maksim Qorki adına parkda mitinq keçirməyə icazə verilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi