BMT Baş Assambleyası nümayəndələrinin böyük əksəriyyəti Fələstin Muxtariyyətinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyün verilməsinə səs verib.
AvroMedia.az xəbər verir ki, assambleyanın bu gün keçirilən toplantısında 143 ölkə belə bir qətnamənin lehinə səs verib, 25-i bitərəf qalıb, 9-u isə əleyhinə olub. Sənədin lehinə səs verən ölkələr arasında Azərbaycan, Ermənistan da var. Gürcüstan, Ukrayna bitərəf qalıb. Qətnamənin qəbulu üçün üzv dövlətlərin üçdə ikisinin dəstəyi lazım idi.

Baş Assambleyada səsvermədən əvvəl ABŞ-ın BMT-dəki missiyasının sözçüsü Neyt Evans bildirib ki, məsələ Təhlükəsizlik Şurasına qayıdarsa, Amerika nümayəndələri veto hüququndan yenidən istifadə etmək niyyətindədirlər. BMT-yə tam üzvlük fələstinlilər üçün müstəqil Fələstin dövlətinin de-fakto tanınması demək olardı.
Fələstinin BMT-yə qəbulu ilə bağlı müraciəti hələ 2011-ci ilin noyabrında dünya təşkilatının Təhlükəsizlik Şurasının mövqeyinə görə rədd edilib.
Növbəti il BMT, ABŞ-ın müqavimətinə baxmayaraq, fələstinlilərə müşahidəçi statusu verib. 2024-cü ilin aprelində ABŞ vetosundan istifadə edərək Fələstinin dünya təşkilatının tamhüquqlu üzvlüyünə qəbulunu tövsiyə edən Əlcəzairin qətnamə layihəsini bloklayıb.
Qeyd edək ki, BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstini müstəqil dövlət kimi tanıyır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi