Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb.
AvroMedia.az xəbər verir ki, bu haqda Tayland Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada havanın temperaturunun 40 dərəcəni keçdiyi paytaxt Banqkok, ətrafı və şimal-şərq rayonlarının sakinlərinə isti hava xəbərdarlığı edilib.
Ölkənin şimalındakı Lampanq bölgəsində həftə ərzində temperatur 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin milli temperatur rekorduna 44,6 dərəcə yaxınlaşıb.
Qeyd olunur ki, “El Nino” ilin ən isti dövrünü yaşayan Cənub-Şərqi Asiya ölkələrində istidən ölüm riskini artırır.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...