Dünyada müdafiə xərcləri rekord həddə çatıb.
AvroMedia.az xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında yer alıb.
Hesabata əsasən, 2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon dollar təşkil edib. Bu göstərici 2022-ci ildə olduğundan 6,8 faiz çoxdur. Bununla yanaşı, sözügedən artım 2009-cu ildən bu yana maksimum göstərici hesab olunur.
Müdafiə sahəsində ən çox vəsait sərf edən ölkələrin ilk beşliyində ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı yer alıb. Belə ki, dünya üzrə hərbi xərclərin 61 faizi məhz bu ölkələrin payına düşüb.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb