Hazırda Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilir.
Bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, aksiya iştirakçıları Ermənistanda siyasi məhbusların olduğunu iddia edirlər. Onlar İrəvanda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Pejçinoviç-Buriçdən Ermənistandakı siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr təşkil etməyi və ölkə hakimiyyətinin siyasi məhbuslarla bağlı qərar qəbul etməsini tələb etmək niyyətindədirlər.
Etirazçılar Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanı, siyasətçi Narek Malyanı, Vanadzorun keçmiş meri Mamikon Aslanyanı, “İmnemnin” podkastının aparıcıları Vazgen Saqatelyan və Narek Samsonyanı, eləcə də Qarabağ rəhbərliyini siyasi məhbus hesab edirlər.
Qeyd edək ki, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, o cümlədən xarici işlər naziri Ararat Mirzoyanla bir araya gələcək.
Musavat.com

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb