Ermənistan və Avropol (Avropa İttifaqının Hüquq Mühafizəsi sahəsi üzrə Əməkdaşlıq Agentliyi - red.) hüquq-mühafizə orqanları sahəsində əməkdaşlığı gücləndirəcək və İrəvan bu strukturda əlaqələndirici şəxs təyin edəcək.
Bu sözləri Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentin müdafiə və təhlükəsizlik üzrə komissiyasının iclasında Ermənistan nazirliyi ilə Avropol arasında imzalanmış sazişi təqdim edərkən deyib.
Saziş transmilli cinayətlər, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi, əmlakın qeyri-qanuni mənimsənilməsi, kibercinayətlər, çirkli pulların yuyulması, insan alveri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Saziş çərçivəsində Ermənistan Avropolda əlaqələndirici zabit təyin edəcək. Ermənistan təmsilçisinin Niderlandda iqamətgahı olacaq və Avropolun məxfi məlumat bazasına çıxış imkanı olacaq. Zabit Ermənistan və Aİ hüquq-mühafizə orqanları arasında daimi dialoqu təmin edəcək.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb